Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, bu həftə Azərbaycanın aktivinə cəmi 0.250 xal yazılıb.
Həmin xalı ölkəmizə "Qarabağ" Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki cavab görüşündə Kipr AEL-i üzərində 1:0 hesablı qələbə sayəsində qazandırıb.
Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 1.500-ə çatıb. Son 5 mövsümdə ümumi xal sayı 14.125 olan Azərbaycan hazırda 30-cu pillədə qərarlaşıb. Polşa 14.250 xalla 29-cu, Slovakiya 14.000 xalla 31-ci pillədədir.