Həmkarlarımız hətta klublar arasında danışıqlara start verildiyini və "Lester"in bu keçid üçün 5 milyon avro ödəməyə hazır olduğunu yazıblar
"Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az saytı xəbər verir ki, bu iddianı Haiti mətbuatı ortaya atıb.
Həmkarlarımız hətta klublar arasında danışıqlara start verildiyini və "Lester"in bu keçid üçün 5 milyon avro ödəməyə hazır olduğunu yazıblar. Bu məlumatdan sonra Gerye instaqram hesabı vasitəsilə "Lester" klubunun rəsmi səhifəsini izləməyə başlayıb. Onun bu addımı isə transfer xəbərlərinin dedi-qodudan ibarət olmadığından xəbər verir.
Qeyd edək ki, Vild-Donald Geryenin "Qarabağ"la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.