"Mançester Siti"nin futbolçuları baş məşqçi Pep Qvardiolanın heyətdə daimi dəyişikliklər etməsindən narazıdır.
Matc.az xəbər verir ki, komanda üzvləri Premyer Liqanın 25-ci turunda "Tottenhem"ə 0:2 hesabı ilə məğlub olduqları görüşün fasiləsində ona irad bildiriblər. Oyunçular heyətdə dəyişikliklərin çox olmasının komandanın bu mövsümkü nəticələrinə mənfi təsir etdiyini düşünür.
Qeyd edək ki, Qvardiola 9 matçdır komandanı eyni heyətdə oyuna çıxarmır.