"Araz" iştirak ərizəsini UEFA-ya göndərdi
Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək "Araz" oyunçuların siyahısını qitənin ali futbol qurumuna göndərib. Təmsilçimiz 12 futzalçı ilə mübarizə aparacaq. Baş məşqçi Joze Alesio da Silva turnirdə bu oyunçuların xidmətindən yararlanacaq.



























