02 Noyabr 2026, 11:38
FUTBOL
UEFA Gənclər Liqasında növbəti oyunlar keçiriləcək. Matc.az xəbər verir ki, bu turun görüşlərinə təyinat alan hakimlər arasında həmyerlimiz Kamal Umudlu da var.
O, sabah baş tutacaq “Vilyareal” (İspaniya) – PSJ (Fransa) qarşılaşmasını idarə edəcək. Yan xətt hakimləri isə Vüsal Məmmədov və Rəhman İmami olacaq.
Sabah Bakı vaxtı ilə saat 16:00-da start fiti veriləcək oyunda UEFA nümayəndəsi Peter Oskam olacaq.












