16 İyul 2019, 10:22
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Fabian Delf "Everton"a keçib. Matc.az xəbər verir ki, bu barədə Liverpul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Transferin detalları açıqlanmasa da, 30 yaşlı oyunçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2015-ci ildən bəri "Mançester Siti"də çıxış edən Fabian Delf ötən mövsüm Premyer Liqada 20 matçda iştirak edib.