"Hər dəfə olduğu kimi, bu matçda da maksimum gücümü ortaya qoyacam. Düşünürəm ki, ilk oyundakı taktika ilə çıxış edəcəyik. Birinci oyunda yaxşı çıxış etdik, hər şey pozitiv alındı. İnanıram ki, Bakıya uğur dalınca gedəcəyik".

"Oyunu səbirsizliklə gözləyirəm". Matc.az xəbər verir ki, bunu "Partizani"nin müdafiəçisi Eneo Bitri deyib.

Albaniya təmsilçisi çempionlar Liqasının I təsnifat mərhələsində sabah "Qarabağ"ın qonağı olacaq.

Oyunöncəsi yerli mətbuata açıqlama verən Bitri növbəti mərhələdən inamlı danışıb: "Hər dəfə olduğu kimi, bu matçda da maksimum gücümü ortaya qoyacam. Düşünürəm ki, ilk oyundakı taktika ilə çıxış edəcəyik. Birinci oyunda yaxşı çıxış etdik, hər şey pozitiv alındı. İnanıram ki, Bakıya uğur dalınca gedəcəyik. Hər şeyə hazırlıqlı olmalıyıq. Hətta penaltilə seriyasına da".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" görüşü saat 21:00-da başlayacaq. Tiranadakı ilk qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest