Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə yeni təyinat alıb. Matc.az saytının məlumatına görə, UEFA onu çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək oyuna təyin edib.

Belə ki, Hüseynzadə Maltada keçiriləcək "Valletta" (Malta) - "Düdelanj" (Lüksemburq) görüşündə iş başında olacaq. O, estoniyalı hakimlərin idarə edəcəyi qarşılaşmada UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest