Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb. UEFA Bakıdakı qarşılaşmaya Moldovadan olan hakimlər briqadasını göndərir. Görüşü Dumitru Muntean idarə edəcək.

çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb. Matc.az saytı xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Moldovadan olan hakimlər briqadasını göndərir.

Görüşü Dumitru Muntean idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək. Hakimlərin işinə hakim-inspektor Uilyam Yanq (Şotlandiya) qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə ingiltərəli Maykl Foster olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest