"Cavab oyununa hazırıq. Bakı səfəri öncəsi daha bir məşqimiz olacaq. Ancaq deyə bilərəm ki, hər şey qaydasındadı ". Matc.az saytının məlumatına görə, bunu "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.

Albaniya klubu çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iki gün sonra "Qarabağ"ın qonağı olacaq. Səfər öncəsi yerli mətbuata açıqlama verən Lerda komandasının şanslarını dəyərləndirib.

52 yaşlı italiyalı mütəxəssis "Qarabağ"ın güclü olduğunu desə də, komandasına güvəndiyini də əlavə edib: "İlk oyunun videosunu izlədik, bizi maraqlandıran epizodları təhlil etdik. Topsuz necə, topla necə oynamalıyıq... Müsbət nəticə çıxardıq, özümüzə güvənirik. Bizi səfərdə çətin oyun gözləyir. Ancaq şanslarımızdan yararlanmağa çalışacağıq. Hələ vaxtımız var. Futbolçuların hansı formada olduqlarını görəcəyik. Bizim oyunumuz top rəqibdə olarkən müdafiə olunmaq, topu ələ keçirəndə isə hücuma atılmaqdı. Hər şeyə hazır olmalıyıq. Necə olacağını görəcəyik. Biz büdcəsi 25 milyon avroluq komandaya qarşı oynayırıq. Hansı ki, onlar neçə ildi avrokubokların qrupunda iştirak edirlər. Bu baxımdan "Qarabağ"ı yaxşı tanıyırıq. Amma futbolda hər şey ola bilər. Komandamdan razıyam, ancaq hələ də inkişaf etməliyik. Yeni gələn futbolçular hələ hazır deyil. Zamanla bizə daha böyük kömək edəcəklər".

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı saat 21:00-da başlayacaq. Albaniyadakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest