"Avropa Liqasında qrup mərhələsinə düşmək üçün uzun yol qət etməlisən. Bu, asan deyil. Ancaq bunun üçün çalışmaq və qarşıya məqsəd qoymaq lazımdı. Hava limanı bazasında süni örtükdə məşq etmişik. Uzun illər Kyajnada süni örtükdə oynamışıq".

"Avropa Liqasında qrup mərhələsinə düşmək üçün uzun yol qət etməlisən. Bu, asan deyil. Ancaq bunun üçün çalışmaq və qarşıya məqsəd qoymaq lazımdı". Matc.az saytı xəbər verir ki, bunu "Universitatya Krayova"nın yarımmüdafiəçisi Boqdan Vatayelu deyib.

İki il yarımlıq çexiya macərasından sonra bu yay yenidən Krayova klubuna dönən 26 yaşlı sol cinah oyunçusu yerli mətbuata açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə bu gün keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

O, süni örtüklü meydanda oynamaqdan çəkinmədiklərini bildirib: "Hava limanı bazasında süni örtükdə məşq etmişik. Bundan başqa uzun illər Kyajnada süni örtükdə oynamışıq. Bu üzdən Bakıdakı matçla bağlı hər hansı bir qorxumuz yoxdu. Bizim üçün uzun yol olacaq. Sona qədər davam etmək istəyirik".

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest