Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən ayrılan Dmitri Bezotosnı karyerasını ölkəsi Ukraynada davam etdirəcək. Matc.az xəbər verir ki, 36 yaşlı qolkiper sabiq komandası "çernomorets"lə anlaşıb.

Bunu Odessa təmsilçisi rəsmi saytı vasitəsilə bəyan edib. "çernomorets" son olaraq iki oyunçu ilə müqavilə bağlayıb ki, onlardan biri də Bezotosnıdı. Bir müddətdi komandanın düşərgəsində olan veteran qolkiperlə münasibətlər rəsmiləşib.

Qeyd edək ki, 2015-2019-cu illərdə "Qəbələ"nin formasını geyinmiş Dmitri Bezotosnı ölkəmizə gəlməzdən əvvəl 2011-2014-cü illərdə "çernomorets"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest