Dünən Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə səfər oyununa çıxan "Qarabağ" artıq Azərbaycana qayıdıb. Matc.az xəbər verir ki, Azərbaycan çempionu 0:0 hesabı ilə başa çatan qarşılaşmadan dərhal sonra Albaniyadan Bakıya yola düşüb.

Ağdam təmsilçisi bu gün səhər saatlarında paytaxta enib. Qurban Qurbanovun kollektivi qısa istirahətin ardından gələn həftə keçiriləcək cavab görüşünün hazırlığına başlayacaq.

Qeyd edək ki, “Qarabağ” - “Partizani” matçı iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest