çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə qarşılaşacaq "Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri də bu gün meydana çıxacaq. Matc.az saytının məlumatına görə, "Dundalk" İrlandiyadakı ilk görüşdə Latviya təmsilçisi "Riqa"nı qəbul edəcək.

Cütlüyü dəyərləndirən İrlandiya mətbuatı "Dundalk"ın ilk mərhələni keçəcəyinə şübhə etmir. Həmkarlarımız artıq indidən II raundun planlarını cızmağa başlayıb. Maraqlıdı ki, yerli KİV komandanın qrup mərhələsinə qədər yolunun olduğunu düşünür. Ancaq onlar bu məsələdə bəxt amilinin də rol oynayacağına inanır.

"Dundalk"ın II mərhələdəki şanslarına da nəzər yetirən mətbuat "Qababağ"ı rəqib qismində görməyi arzulamır. Onlar "Partizani" səddinin daha asan keçilə biləcəyi qənaətindədi: "Dundalk" qrupa düşmək üçün 4 rəqibi keçməlidi. "Riqa"dan fərqli, növbəti mərhələlərdə daha güclü komandalar düşəcək. Xüsusən də, II raunddakı rəqib çox önəmlidi. Potensial rəqiblərdən "Partizani" sadəcə Albaniya çempionudusa, "Qarabağ" ölkə çempionu olmaqla yanaşı, müntəzəm olaraq çempionlar Liqası və ya Avropa Liqasının qrupunda iştirak edən komandadı. Azərbaycan təmsilçisinin avrokubok təcrübəsi böyükdü. Bu baxımdan "Partizani"nin mərhələ adlaması "Dundalk" üçün daha əlverişli olar".

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 23/24 və 30/31 iyul tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest