Azərbaycan klubları üçün 2019-20 mövsümü start götürüb. Matc.az saytının məlumatına görə, ilk olaraq "Qarabağ" mübarizəyə başlayıb. 

Azərbaycan çempionu yarışa çempionlar Liqasının I təsnifat mərhələsindən qoşulub. Ağdam təmsilçisinin rəqibi Albaniya çempionu "Partizani"di. Tiranada baş tutan ilk qarşılaşmada təmsilçimiz cütün taleyini həll etməyə çalışsa da, buna nail ola bilməyib. Tərəflər meydanı qolsuz tərk ediblər.

"Partizani"nin axır iki mövsümdə avrokuboklara uğursuz start götürməsi, "Qarabağ"ın isə son illər ardıcıl olaraq qrup mərhələsində iştirak etməsi Azərbaycan çempionunu aşkar favorit edir. Bu üzdən də Ağdam klubunun cavab görüşündə lazım olan nəticəni qazanacağına inam böyükdü.

 

çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul

"Partizani" (Albaniya) – "Qarabağ" (Azərbaycan) 0:0
Tirana. "Selman Stermasi" stadionu. Hakimlər: Porvaldur Arnason, Yohann Qunnar Qudmundsson, Andri Viqfusson, Petur Qudmundsson (hamısı İslandiya) 

"Partizani" (Albaniya): 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 33. Eneo Bitri, 23. Esin Hakay, 22. Labinot İbrahimi, 17. Bruno Telyuşi, 20. Esat Mala, 26. Villiam Kordeyro, 90. Emmanuel Mensa, 10. Yasir Asani, Eraldo çinari

Ehtiyat oyunçular: 1. Daşamir Xika, 4. Ron Broxa, 9. Teofilus Solomon, 18. Lukas, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun

Baş məşqçi: Franko Lerda

"Qarabağ" (Azərbaycan): 13. Vaqner da Silva, 14. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest