Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. 
 
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" doğma azarkeşləri qarşısında "çFR Kluj"u qəbul edib və qələbə qazanıb.
 
Azərbaycanın turnirdə yeganə təmsilçisi olan "Qarabağ" isə mübarizəyə sabah başlayacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq. "Köhlən atlar" 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində "Dandalk" (İrlandiya) – "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsi
9 iyul
 
Astana (Qazaxıstan) – çFR Kluj (Rumıniya) 1:0
Qol: Postnikov, 68.
 
Ararat (Ermənistan) – AİK (İsveç) 2:1
Qol: Avetisyan, 3-pen; 45 – Obasi, 39. 
 
HİK (Finlandiya) – HB Torshavn (Farer adaları) 3:0
Qol: Lappalaynen, 21; 66. O'Şonessi, 42.
 
Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya) 0:1
Qol: İbrahimi, 81-pen.
 
Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya) 1:3
Qol: Oremus, 29 – Conston, 35. Eduard, 51. Sinkleyr, 85.
 
Valetta (Malta) – Düdelanj (Lüksemburq) 2:2
Qol: Bettayeb, 26. Stolz, 45 – Pekker, 64. Borq, 70.
 
Suduva (Litva) – Srvena Zvezda (Serbiya) 0:0
 
TNS (Uels) – Feronikeli (Kosovo) 2:2
Qol: Draper, 49-pen. Edvards, 77 – Zeka, 89. Faliu, 90-pen.
 
10 iyul
 
19:30 Partizani (Albaniya) – Qarabağ (Azərbaycan)
21:00 BATE (Belarus) – Pyast (Polşa) 
21:00 Şerif (Moldova) – Saburtalo (Gürcüstan)
22:00 Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan) 
22:15 Slovan (Slovakiya) – Sutyeska (Monteneqro)
22:45 Dandalk (İrlandiya) – Riqa (Latviya)
22:45 Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest