"Oyunçu siyahısı ümumidi, ancaq klubun üstün olan tərəfləri də var. Futbolçuları şəxsən tanımırdım. Bu üzdən fərqli videolar izlədim". Matc.az xəbər verir ki, bunu "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.

İtaliyalı mütəxəssis çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi komandasının hazırkı durumunu dəyərləndirib. 52 yaşlı çalışdırıcı Albaniya mətbuatına açıqlamasında Tirana təmsilçisinin hələ tam hazır olmadığını söyləyib: "Təbii ki, son dəyişikliklərin ardından hazırlıq mərhələsindəki oyunçularla gənclər arasında balansın pozulması normaldı. İndi təkcə fiziki yox, taktiki və texniki cəhətdən də hazır olmalıyıq. çox vaxtımız yoxdu, ancaq mümkün olduğu qədər yaxşı hazırlaşmalıyıq. Cəmi 20 gündü burdayam. Heyətdəki dəyişikliklərdən sonra da heç kimdən ən yaxşı vəziyyətdə olmağı gözləyə bilmərəm".

Lerda məqsədlərinin "Qarabağ" səddini keçmək olduğunu vurğulayıb: "Avropa Liqasında hədəf mərhələ adlamaqdı. "Qarabağ" güclü komandadı və belə turnirlərdə iştiraka öyrəşib. Ancaq yolumuza davam edə bilərik. Futbolda hər şeyin mümkün olduğunu bilirik. İlk oyundan əvvəl gözəl futbol və birlikdə mübarizə əzmi olacağını düşünürəm".

Yeni baş məşqçi Albaniya çempionluğu titulunu qorumağın çətin olacağını etiraf edib: "Partizani" üçün gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaq çətin olacaq. Klub uzun illər idi buna çalışırdı. Bu tempi qorumağın daha çətin olacağını bilirik. Ancaq yenə də ən yaxşısına ümid edirik. Təbii ki, "Partizani" əvvəlkindən fərqli olacaq. çünki hər məşqçinin müxtəlif futbol fəlsəfəsi və xarakteri var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest