"Mən özüm də məşqçi olduğum vaxtlarda Avrokubok oyunu öncəsi müqavilə müddəti bitən oyunçularımız olurdu. Albaniya klubları Avropada hər zaman qeyri-peşəkar, təşkilatlanmamış formada olurlar". Matc.az xəbər verir ki, bunu albaniyalı mütəxəssis Şkelqim Muça deyib.

59 yaşlı məşqçi yerli mətbuata açıqlamasında Albaniya klublarının hazırkı durumunu dəyərləndirib. "Tirana", "Teuta", "Besa", "Dinamo", "Skenderbeu", "Flamurtari", "Kukesi" kimi klubları çalışdırmış Muçanın fikrincə, "Partizani" çempionlar Liqasında "Qarabağ"la oyuna hazır deyil.

O, ümumiyyətlə, Albaniya klublarının yay aylarında problem yaşadığını deyib: "Partizani" müdafiə xətti ilə bağlı yaranan probemi indi yox, üç ay əvvəl düşünməli idi. Avropa üçün yaxşı komanda formalaşdırmaq bir il vaxt tələb edir. Ancaq bizim klublar həmişə hazırlıqsız olur. Yaxşı komanda ilə də avrokuboka uğursuz çıxış etdiyimiz zamanlar olub. Hətta "Partizani"nin baş məşqçisi son müsahibəsində qürurla mübarizə aparacaqlarını deməklə indidən təslim olduğunu göstərib. çempionluğa oynayan komanda hələ mart ayından etibarən iyulda kimlərlə qarşılaşacağını düşünməli, buna uyğun hazırlığını görməlidi. Albaniya klublarının xəstəliyi var, yay aylarında dağınıq vəziyyətdə olurlar. Bu da klubların günahıdı. üç və ya beş illik planlar qurulmalıdı".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest