Seneqal millisi dünya çempionatının qrup mərhələsinin III turunda İraqı 5:0 hesabı ilə darmadağın edərək, dünya çempionatları tarixində bir oyunda ən çox qol vuran Afrika komandası olub və yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "MisterChip" analitik hesabı məlumat yayıb.
Bildirilir ki, indiyə qədər heç bir Afrika təmsilçisi dünya çempionatlarının final mərhələsində bir matçda dörddən çox qol vura bilməmişdi. Əvvəlki rekord elə cari dünya çempionatında Haiti ilə oyunda (4:2) dörd qol vuran Mərakeş yığmasına məxsus idi.
Bu qələbədən sonra Seneqal 3 xalla I qrupunun turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Qrupda birinci yeri Fransa (9 xal), ikinci yeri isə Norveç (6 xal) tutub. Keçirdiyi hər üç oyunda məğlub olan İraq millisi isə turniri xalsız sonuncu sırada başa vurub.













