Qadın futbolçulardan ibarət milli komandalar arasında Fransada təşkil olunan dünya çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, həlledici oyunda ABŞ və Hollandiya yığmaları üz-üzə gəlib.
 
Qarşılaşma amerikalıların inamlı qələbəsiylə yekunlaşıb – 2:0. ABŞ-a çempionluğu qazandıran qollara 61-ci dəqiqədə penaltidən fərqlənən Meqan Rapinoe və 69-cu dəqiqədə Lavelle imza atıb.
 
Beləcə, son üç dünya çempionatında finalda oynayan ABŞ yığması ardıcıl ikinci dəfə mundialın qalibi olub. Bütövlükdə isə sözügedən komanda 4-cü dəfə dünya çempionu olur (1991, 1999, 2015, 2019).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest