AFFA İntizam Komitəsi U-16 Liqasında keçirilən “Kəpəz” – “Qəbələ” oyununda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki,

“Kəpəz”in futbolçusu Yəhya Muradov rəqib oyunçunu təhqir etdiyi üçün 3, Tunar Əfəndiyev isə hakimin ünvanına təhqiramiz ifadə işlətdiyi üçün 4 oyunluq cəzalanıb.

Matç bitdikdən sonra gəncəlilərin heyətində Cavanşir Əliyev və Rahib Qurbanov rəqib oyunçuları vurduqları üçün 6 matçlıq diskvalifikasiya olunublar. Bu cəza bütün liqalara şamildi.

Qarşılaşmanın ardından “Kəpəz”in 2 azarkeşi meydana daxil olaraq rəqibin futbolçularını vurub. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq gəncəlilər 500 manat cərimələnib və “Kəpəz”in U-16 komandası növbəti 10 ev görüşünü azarkeşsiz keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest