AFFA İntizam Komitəsinin iclasında I Liqada XXV turun “Şamaxı” - “Karvan” oyununda baş verən neqativ hallara da hüquqi qiymət verilib. Matc.az xəbər verir ki, Yevlax klubunun futbolçusu Budaq Nəsirov cəzalandırılıb, komandası isə cərimələnib.

Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Karvan”a isə 300 manatlıq cərimə kəsilib.

Qeyd edək ki, Budaq Nəsirov millimizin sabiq üzvüdü. O, 2016-cı ildə Andorra ilə oyunda Azərbaycan yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest