Argentinalı azarkeşlər 2026-cı il dünya çempionatının matçına gedərkən Kanzasda atışmanın episentrinə düşüblər.

Matc.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Fanatların stadiona getdiyi taksiyə naməlum şəxs tərəfindən atəş açılıb. Hadisə zamanı taksi sürücüsü yaralansa da, argentinalı azarkeşlər xəsarət almayıblar. Əraziyə gələn polis əməkdaşları fanatları patrul maşınları ilə stadiona çatdırıblar.

Amerika hüquq-mühafizə orqanları hazırda şəxsiyyəti məlum olmayan atıcının axtarışını davam etdirir.

Qeyd edək ki, Argentinanın Əlcəzairi 3:0 hesabı ilə məğlub etdiyi oyundan əvvəl Kanzasda ümumilikdə beş atışma hadisəsi qeydə alınıb. Silahlı insidentlər zamanı bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest