Derek Makinnes "Reyncers"in baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı şotlandiyalı menecer klubla 2029-cu ilin iyun ayında başa çatan 3 illik müqavilə imzalayıb. Onun məşqçilər heyətinə Alan Arçibald, Pol Şirin və Kreyq Klark daxil edilib. Makinnes komandada bir gün əvvəl Avstriyanın "Salzburq" klubunun baş məşqçisi təyin olunan Denni Röhlü əvəz edib.

Mütəxəssis əvvəllər "Harts"ı çalışdırıb və ötən mövsüm bu komanda ilə az qala sensasion şəkildə çempionluq qazanacaqdı. Lakin komanda titulu yalnız sonuncu oyun günündə "Seltik"ə uduzub.

Karyerası ərzində "Sent-Conston", "Bristol Siti" və "Kilmarnok" klublarında da fəaliyyət göstərən Şotlandiya futbolunun tanınmış siması, həmçinin 1995-2000-ci illərdə futbolçu kimi "Reyncers"in formasını geyinib. 26 ildən sonra doğma komandasına bu dəfə sükan arxasında qayıdan çalışdırıcı ilk mətbuat konfransında rəhbərliklə hədəflərinin "Seltik"in hegemonluğuna son qoymaq olduğunu bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest