Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ikinci oyununu keçirib.

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ikinci oyununu keçirib.

Matc.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız İtaliya ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın heyətində Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.

Bununla da, Azərbaycan millisi pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün Avstriyaya 1:0 hesabı ilə qalib gələn yığmamız mayın 30-da Fransa ilə qarşılaşacaq.

Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest