"Sent-Tryuyden"in yarımmüdafiəçisi Rihito Yamamoto karyerasını Almaniyada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Frayburq" yaponiyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundesliqa təmsilçisi Yamanoto üçün Belçika klubuna 8 milyon avro təzminat ödəyib. 24 yaşlı oyunçu 1 iyul tarixində yeni komandasının düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, Rihito Yamamoto başa çatan mövsümdə "Sent-Tryuyden"in heyətində keçirdiyi 40 oyunda 5 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest