16 May 2026, 22:27
FUTBOL
İspaniyalı məşqçi Xabi Alonso tezliklə "Çelsi"nin yeni baş məşqçisi olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, London klubu ispaniyalı mütəxəssis ilə 2030-cu ilin iyun ayına qədər, 4 illik müqavilə imzalayacaq. Bütün detalların razılaşdırıldığı bildirilir və Alonso klubla işləməyə başlamaq üçün yaxın günlərdə Londona gedəcək.
Qeyd edək ki, Alonsonun son iş yeri "Real" olub. O, komandaya 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər rəhbərlik edib. Alonso çalışdığı müddətdə 28 oyunda 20 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub.
O, həmçinin Almaniya çempionluğunu qazandığı "Bayer"dəki fəaliyyəti ilə də tanınır.













