"Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik".

"Şamaxı" Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib: 

"Evdə son oyunumuz idi. Azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. "Turan Tovuz"a Konfrans Liqasında uğurlar arzulayıram. Turnir cədvəlində yerimizi qorumaq istəyirdik. "Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik. Azarkeşlərə təşəkkür edirəm. Bir oyun qalıb. "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest