14 May 2026, 15:23
FUTBOL
"Başakşehir"in baş məşqçisi Nuri Şahin Super Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Türkiyəli mütəxəssisin "Fənərbaxça"nı çalışdırmaq ehtimalı var. İstanbul təmsilçisinin prezidentliyinə namizədliyini açıqlayan Aziz Yıldırım 37 yaşlı çalışdırıcını baş məşqçi postuna gətirmək istəyir.
Qeyd edək ki, Nuri Şahin 2025-ci ilin sentyabrında "Başakşehir"in baş məşqçisi vəzifəsinə təyin olunub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.







_1778766155.jpg)





