08 May 2026, 13:17
FUTBOL
"Arsenal" hücum xəttinin gücləndirilməsi üzərində işi davam etdirir
Matc.az xəbər verir ki, London təmsilçisi PSJ-də çıxış edən Bredli Barkolyanın ətrafındakı vəziyyəti diqqətlə izləyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Premyer Liqa nəhəngi fransalı futbolçunun potensial transferi ilə bağlı artıq bütün zəruri məlumatları toplayıb. 23 yaşlı vingerə "Bavariya", "Barselona" və "Liverpul"un da maraq göstərməsi transfer bazarında ciddi rəqabət yarada bilər.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Bredli Barkola cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 45 matç keçirib, aktivinə 12 qol və 7 məhsuldar ötürmə yazdırıb.


_1778249103.jpg)










