08 May 2026, 09:20
FUTBOL
"Brayton" klubunun baş məşqçisi Fabian Hürzeler İngiltərə klubu ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 3 il, 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.
Hürzeler 2024-cü ilin iyun ayından "Brayton"u çalışdırır. Onun rəhbərliyi altında komanda 85 oyunda 37 qələbə qazanıb və 23 dəfə məğllubiyyətlə üzləşib.
Qeyd edək ki, "Brayton" hazırda 50 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.












_1778176219.jpg)
