"Vilyarreal" baş məşqçi Marselino Qarsiya Toralla yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə İspaniya kluunun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.

Qeyd edək ki, Marselino Qarsiya Toral 2023-cü ilin noyabrında "Vilyarreal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda La Liqada 34 turdan sonra 68 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest