Çempionşip klubu "Utford" baş məşqçisi Edvard Stili istefaya göndərib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidmət məlumat yayıb.

35 yaşlı ingilis mütəxəssis bu ilin fevral ayından "Utford"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 15 oyun keçirib, cəmi 3-də qalib gəlib, 8 qarşılaşmada isə məğlub olub.

Ötən gün başa çatan cari Çempionşip mövsümündə "Utford" 46 oyunda 57 xal toplayaraq 24 komanda arasında 16-cı yeri tutub.

Xatırladaq ki, "Koventri" və "İpsviç2 2025/26 mövsümünün sonunda Çempionşipdən birbaşa Premyer Liqaya yüksəliblər. Premyer Liqaya daha bir vəsiqənin sahibi isə "Millvall", "Sauthempton", "Midlsbro" və "Hal Siti" arasında baş tutacaq pley-off mərhələsindən sonra müəyyənləşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest