Portuqaliya çempionatında cari mövsümünün qalibi müəyyənləşib.

Matc.az əbər verir ki, "Portu" vaxtından əvvəl çempionluğunu təmin edib.

Portu şəhərinin eyniadlı təmsilçisi bu uğura 32-ci turun "Alverka" ilə oyununda imza atıb. Doğma meydanda Yan Bednarekin 40-cı dəqiqədə vurduğu yeganə qolla rəqibini 1:0 hesabı ilə məğlub edən komanda mövsümün baş çatmasına 2 tur qalmış qızıl medalları təmin edib.

Hazırda 85 xalla turnir cədvəlinə başçılıq edən "Portu" ən yaxın izləyicisi "Benfika"nı 9 xal qabaqlayır ki, son 2 turda bu fərqin aradan qalxması mümkün deyil.

Qeyd edək ki, "Portu" 132 illik tarixində 31-ci dəfə Portuqaliya çempionu olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest