27 Aprel 2026, 10:02
FUTBOL
"Santos"un hücumçusu Neymar komandanın məşqinə qatılmayıb.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, ötən gün Braziliya çempionatının 13-cü turunda "Bahia" ilə səfər oyununu (2:2) buraxan oyunçular klubun bazasında məşq keçiriblər. Neymar da məşqə qatılmalı olduğu halda, heç bir səbəb göstərmədən iştirak etməyib.
Klub artıq Neymarın bu davranışının səbəbini müəyyən etmək üçün oyunçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.












