08 Aprel 2026, 17:41
FUTBOL
İcarə əsasında "Kalyari"də çıxış edən Marko Palestra Avropanın bir çox klubunun diqqət mərkəzindədir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Barselona" və "Liverpul" italiyalı müdafiəçini transfer etmək istəyir. Müqavilə ilə məxsus olduğu "Atalanta" 21 yaşlı futbolçu üçün 45 milyon avro tələb edir.
"Mançester Yunayted", "Arsenal" və "Çelsi" də gənc sağ cinah müdafiəçisini yaxından izləyir.
Qeyd edək ki, Marko Palestra mövsümün əvvəlində "Kalyari"yə icarəyə verilib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.









_1775660874.jpg)


