08 Aprel 2026, 01:32
ÇEMPİONLAR LİQASI
"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Real" qarşı qol vurub.
Matc.az xəbər verir ki, ingilis futbolçu Avropanın ən nüfuzlu turnirində 67 oyunda vurduğu qolların sayını 51-ə çatdırıb.
Bununla da, Keyn Məhəmməd Salah və Tyerri Anrini (hər ikisi 50 qol) geridə qoyub. O, Çempionlar Liqasın tarixində qol vuran oyunçular siyahısında 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu mövsüm 32 yaşlı Keyn bütün turnirlərdə 41 oyun keçirib, 49 qol vurub və 5 məhsuldar ötürmə edib.












