"Çox bəsit ötürmələri itirdik. Əvvəlcədən qurduğumuz planı həyata keçirə bilmədik".

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qarabağ"la ilk oyundan danışıb.

Matc.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

"Mən hər iki komandanı göstərdikləri möhtəşəm oyuna görə təbrik etmək istəyirəm. Azarkeşləri də təbrik edirəm ki, belə möhtəşəm oyuna şahidlik etdilər.

Biz bu gün əziyyət çəkdik. Rəqib xüsusilə, ikinci hissədə bizə çox təzyiq etdi. Qoldan sonra çox yaxşı çıxış etdik. Hər iki komandanın bəxtinin gətirmədiyini qeyd etmək olar. "Qarabağ"la yenə oyunlarımız olacaq. İnanıram ki, hər kəs bu oyunlardan zövq alacaq.

Biz birinci hissədə hesabda önə çıxsaq da, sonra bu üstünlüyü saxlaya bilmədik. Rəqibin göstərdiyi təzyiq çox yaxşı idi. Biz sanki tam olaraq, oyuna daxil ola bilməmişdik. Çox bəsit ötürmələri itirdik. Əvvəlcədən qurduğumuz planı həyata keçirə bilmədik. İkinci hissənin sonlarında daha yaxşı çıxış etdik.

Müəyyən fasilədən sonra oyun ritmimizi itirmişdik. İnanıram ki, gələcək oyunlarda bunu düzəldəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest