"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi italiyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Barselona" yaxın vaxtlarda 26 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubu ilə rəsmi danışıqlara başlamağı planlaşdırır. Transfer reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Alessando Bastoni bu mövsüm "İnter"in heyətində keçirdiyi 35 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest