03 Aprel 2026, 11:02
FUTBOL
"Həmçinin "Karvan Yevlax"ın stadionu müasir standartlara uyğunlaşdırılacaq".
"ASCO Arena" mayda təmirə bağlanacaq. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında deyib.
O, idman obyektinin yalnız uşaq və yeniyetmələrin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
"Həmçinin "Karvan Yevlax"ın stadionu müasir standartlara uyğunlaşdırılacaq".
O bildirib ki, yerli futbolçuların rəqabət şəraitində keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır Baş katibin sözlərinə görə, ilk dəfə olaraq yerli oyunçuları oynadan klublar üçün xüsusi təşviq proqramı yaranır:
"Legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox meydan verən klublar arasında bölünəcək. Bu il həmin məbləğ təxminən 2 milyon manat təşkil edir".
C.Fərəcullayev hakimlik sahəsindəki struktur dəyişikliklərinə də aydınlıq gətirib. O, Hakimlər Komitəsinin yeni rəhbəri Rəhim Həsənova mühüm tapşırıqlar verildiyini və inzibati işlərdə obyektivlik prinsipinin əsas götürüləcəyini vurğulayıb.
İnfrastruktur məsələlərinə toxunan baş katib qeyd edib ki, dövlət proqramı çərçivəsində növbəti mövsümün əvvəlinə kimi Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionunun kompleksində uşaq futbolu üçün mərkəz təsis ediləcək və may ayından etibarən orada təmir işlərinə başlanılacaq. (report)







_1695730346.jpg)




