19 Mart 2026, 17:07
FUTBOL
"Arsenal" müdafiəçi Maylz-Lyuis Skellini icarəyə verməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Kristal Pelas", "Everton" və "Vest Hem" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. 19 yaşlı sol cinah müdafiəçisi özü də daha çox formas şansı qazana biləcəyi bir kluba icarə əsasında yollanmağa isti yanaşır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Maylz-Lyuis Skelli bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 27 oyunda 4 qol ötürməsi edib.




_1773939224.jpg)







