UEFA Argentina və İspaniya arasında Qətərdə keçirilməsi planlaşdırılan Finalissima-2026-nı ləğv edib.

Matc.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yayıb.

Təşkilatçılar qarşılaşmanın ləğv edilməsini Yaxın Şərqdəki münaqişə ilə əlaqəli olduğunu izah etdiblər. Matçın bu şəraitdə keçirilməsi mümkün olmayıb.

UEFA həll yolu tapmağa çalışaraq Madriddəki "Santyaqo Bernabeu" stadionunu təklif etmişdi. Plana əsasən, tribunalar hər iki komandanın azarkeşləri arasında 50-50 nisbətində bölüşdürülməli idi. Lakin Argentina bu variantı rədd edib.

Argentina başqa bir neytral məkan tapmaq təklifini də qəbul etməyib.

Argentina Finalissimanın 2026-cı il dünya çempionatından sonra keçirilməsini təklif etsə də, bu qərar İspaniya tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, Argentina və İspaniya arasında 2026-cı il Finalisiması əvvəlcə 27 martda Qətərin Doha şəhərində keçirilməsi planlaşdırılırdı.

Qətər Futbol Assosiasiyası İranın kütləvi raket atışı səbəbindən ölkədəki bütün idman tədbirlərini qeyri-müəyyən müddətə ləğv edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest