28 İyun 2019, 09:28
FUTBOL
Braziliyada keçirilən Amerika Kuboku-2019-da 1/4 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk olaraq ev sahibi Braziliya meydana çıxıb.
Pentakampeonlar əsas vaxtda rəqib qapısına yol tapa bilməyib. "Sambaçılar" yalnız penaltilər seriyası ilə qələbə qazanmağı bacarıb.
Beləliklə, yarımfinala adlayan Braziliyanın rəqibi Argentina - Venesuela cütünün qalibi olacaq.
Amerika Kuboku
1/4 final
Braziliya - Paraqvay - 0:0
Penaltilərlə - 4:3