27 İyun 2019, 10:57
FUTBOL
"Brayton" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Gent"in yarımmüdafiəçisi Leonardo Trossardı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı belçikalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Britaniya mətbuatının yazdığına görə, "Brayton" bu transfer qarşılığında "Gent"ə 20 milyon avroluq ödəyəcək.