26 İyun 2019, 12:36
FUTBOL
"Mançester Siti"nin futbolçusu David Silva gələcək karyerası ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonunda "şəhəlilər"dən ayrılacaq.
Bunu ispaniyalı özü açıqlayıb: "Mançester Siti"də axırıncı ilimi keçirəcəm və mövsümün sonunda burdan ayrılacam. Beləliklə, "Mançester Siti"də 10 ilimi tamamlamış olacam. Bu, inanılmaz bir müddətdi".
Silva gələcəklə bağlı arzusunu da dilə gətirib: "çində oynamağı düşünmürəm. Karyeramı "Las Palmas"da bitirmək istəyərəm, amma onlar hazırda La Liqada mübarizə aparmırlar. Nələr olacağını görəcəyik".
Qeyd edək ki, David Silva 2010-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.