"Barselona" ingilis cinah yarımmüdafiəçisi Markus Reşfordla daimi müqavilə imzalamaq üçün prinsipial razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira yayıb.

Bildirilir ki, oyunçunun nümayəndələri İspaniya klubunun rəhbərliyi ilə görüşüb və 2030-cu ilin yayına qədər şəxsi müqavilə ilə bağlı prinsipial razılığa gəliblər.

Növbəti addım "Barselona" ilə oyunçunun hüquqlarına sahib olan "Mançester Yunayted" arasında birbaşa danışıqlar olacaq. Reşfordun icarə müddəti 2026-cı ilin iyun ayına qədərdir.

"Transfermarkt" oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir. ıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest