"Qalatasaray" müdafiəçi Kazımcan Karataşı icarəyə göndərib.

Matc.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısını "Başakşəhər"də keçirəcək.

Qeyd edək ki, "Qalatasaray" Kazımcan Karataşı 2022-ci ilin yayında "Altay"dan 1,4 milyon avroya transfer edib. Türk müdafiəçi cari mövsüm "sarı-qırmızılılar"ın heyətində 13 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə tadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest