06 Fevral 2026, 14:54
FUTBOL
"Sanderlend" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Anderlext"dən Nilson Anqulonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Sanderlend" ekvadorlu vinger üçün Belçika klubuna 17 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçu ilə 4,5 iliik müqavilə imzalanıb.
Qeyd edək ki, Nilson Anqulo bu mövsüm "Anderlext"in heyətində keçirdiyi 30 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.






_1770387047.jpg)





