02 Fevral 2026, 11:30
FUTBOL
Londonun "Arsenal" klubu 29 yaşlı yarımmüdafiəçi Mikel Merinonun "Mançester Yunayted"lə 3:2 hesablı heç-heçədə aldığı zədənin təfərrüatlarını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tibbi müayinə zamanı ispaniyalıya sağ ayağında sümük zədəsi diaqnozu qoyulub. O, tezliklə əməliyyat olunacaq və bundan sonra İspaniya millisinin üzvü uzun müddətli reabilitasiya dövrü keçirəcək.
Merino cari mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
Bu mövsüm o, 33 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.












