18 Mart 2026, 09:51
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Matc.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Real"ı qəbul edib. Qarşılaşma İspaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İki matçın nəticəsinə görə 5:1 hesablı üstünlük əldə edən madrid klubu adını növbəti raunda yazdırıb. "Kral klubu" 1/4 finalda "Bavariya" - "Atalanta" cütünün qalibi ilə üz-üzə gələcək.
"Mançester Siti" - "Real" 1:2
Qollar: Erlinq Haaland, 41 - Vinisius Junior, 22 (pen), 90+4
Qırmızı vərəqə: Bernardo Silva, 20 ("Mançester Siti")



_1773829406.jpg)
_1773828649.jpeg)







